Hindistan Trampı neftlə şantaj edir – Ya İran, ya da Rusiya

Hazırda oxunan: Hindistan Trampı neftlə şantaj edir – Ya İran, ya da Rusiya

272404

Hindistan öz tələbatını təmin etmək üçün ucuz Rusiya neftini İranın tədarükü ilə əvəz etməyi planlaşdırır. Bildirilir ki, ölkənin neft idxalına olan ehtiyacının təxminən 90%-i xaricdən qarşılanır.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Hindistan rəsmiləri bir daha Tramp administrasiyasına aydın şəkildə bildiriblər ki, yalnız İran və Venesueladan neft almağa icazə verildiyi halda Rusiya neftinin idxalını əhəmiyyətli dərəcədə azaltmağa hazırdırlar.

Məsələ ilə tanış mənbələrin sözlərinə görə, bu tələb Hindistan nümayəndə heyəti tərəfindən ABŞ-a son səfəri zamanı da təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin