İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsi ABŞ-a daha uzun marşrutla yola düşüb. Səbəb isə Fransanın hava məkanından yayınmaqdır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.
Məlumata görə, bu qərar Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ona qarşı çıxardığı həbs orderləri ilə bağlı təhlükələrdən sığortalanmaq üçün qəbul edilib.
Netanyahunun reysi Fransanın hava məkanına daxil olmayaraq başqa istiqamət üzərindən ABŞ-a uçub.
Qeyd edək ki, BCM-in qərarları rəsmi Paris tərəfindən tanındığı üçün Fransa ərazisində Baş nazirin həbsi hüquqi baxımdan mümkün olardı.
Bu səbəbdən Netanyahunun marşrutu dəyişdirilib.
Beləliklə, İsrail hökumət başçısı beynəlxalq təzyiqlər fonunda ABŞ səfərinə gedərkən ehtiyat tədbirləri görməyə məcbur olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:43 / 25.09.2025
Netanyahunun təyyarəsi Fransanın hava məkanına daxil olmadı – SƏBƏB
Hazırda oxunan: Netanyahunun təyyarəsi Fransanın hava məkanına daxil olmadı – SƏBƏB
Hazırda oxunan: Netanyahunun təyyarəsi Fransanın hava məkanına daxil olmadı – SƏBƏB
272361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.