Pezeşkian: “Münasibətlərdə əsas əngəl Amerika hökumətidir”

Hazırda oxunan: Pezeşkian: “Münasibətlərdə əsas əngəl Amerika hökumətidir”

272302

Dünən İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda müharibə əleyhdarları ilə görüşdə ABŞ-nin sanksiyalarına və ikitərəfli münasibətlərə dair açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, bu barədə ISNA nəşri yazıb.

O bildirib ki, sanksiyaların bərpası xoşagəlməzdir, lakin İran buna təslim olmayacaq: “Bu, yolun sonu deyil. İran sülh istəyir, amma heç vaxt gücə boyun əyməyəcək”.

Pezeşkian Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını vurğulayıb və bildirib ki, dialoq yalnız bərabər əsasda və zorakılıqdan uzaq mümkündür.

O, İran və ABŞ xalqları arasında qarşılıqlı əlaqəni dəstəklədiyini desə də, bu münasibətlərdə əsas əngəlin Amerika hökuməti olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin