Zelenski BMT tribunasından təşkilatı TƏNQİD ETDİ - VİDEO

Hazırda oxunan: Zelenski BMT tribunasından təşkilatı TƏNQİD ETDİ - VİDEO

272239

“Beynəlxalq hüquq yalnız o zaman yaxşı işləyir ki, sizin güclü dostlarınız olsun və onlar bunun üçün müdafiə etməyə hazır olsunlar. Sudan, Somali, Fələstin və ya müharibə şəraitində yaşayan digər xalqlar BMT-dən nə gözləyə bilərlər? Onilliklər boyu sadəcə bəyanatlar”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən debatlarda çıxışı zamanı deyib.

O qeyd edib ki, bir vaxtlar dünya, Rusiya tərəfindən edilən hücumdan sonra Gürcüstanın köməyə ehtiyacını görməzdən gəldi: “Avropa üçün Moldova dəstəkləmək heç nəyə başa gəlməz. Moldova köməksiz qalsa, qiymət çox daha yüksək olacaq. Rusiya Moldovaya qarşı, bir vaxtlar İranın Livana qarşı etdiyi şeyi etməyə çalışır. Qlobal reaksiya yetərli deyil. Biz artıq Gürcüstanı Avropada itirmişik...

Ukraynada diktatorların paradlarda nümayiş etdirməyi sevdiyi böyük raketlər yoxdur, amma bizdə 2-3 min kilometr uça bilən dronlar var. Onları qurmaqdan başqa yolumuz qalmamışdı. Biz silah ixracını açmağa qərar verdik. Bunlar real şəraitdə sınaqdan keçirilmiş güclü sistemlərdir. Başlanğıcda sıfırdan başlamağa ehtiyac yoxdur. Biz artıq real müdafiədə öz səmərəliliyini sübut etmiş nə varsa, onu paylaşmağa hazırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin