Benzin qıtlığı Moskvaya da çatdı - VİDEO

Hazırda oxunan: Benzin qıtlığı Moskvaya da çatdı - VİDEO

272229

Rusiyanın bəzi regionlarında yanacaqdoldurma stansiyaları (YDS) benzinin satış həcmini məhdudlaşdırmağa və ya yalnız dizel satmağa başlayıblar. Məsələn, müştərilərə yalnız 10–20 litr yanacaq verilir.

Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya”ya sürücülər məlumat verib.

Müstəqil YDS-lərdən başqa, bəzi iri neft şirkətləri də məhdudiyyətlər tətbiq edir. Belə ki, “Lukoyl” bəzi stansiyalarda benzin qablarda satışı qadağan edib və yanacaq kartları ilə xidmət göstərməyi dayandırıb. Benzin təchizatında fasilələr Moskva, Leninqrad, Ryazan, Nijni Novqorod və digər bölgələri əhatə edib.

Ekspertlər bildirirlər ki, vəziyyətin səbəbi istehsalın azalması ilə müşayiət olunan mövsümi tələbat artımıdır, həmçinin neft emalı zavodlarının (NEZ) təmiri də təsir göstərir.
 

Bundan əlavə, birja qiymətləri pərakəndə satış qiymətlərindən yüksək olduğundan, kiçik YDS-lər üçün satış sərfəli deyil. Qiymətlərin tənzimlənməsi məqsədilə hökumət müvəqqəti olaraq bu yanacağın ixracını məhdudlaşdırıb və hazırda dizel ixracına qadağa tətbiq etmək barədə müzakirələr gedir.


Moskva, Leninqrad, Ryazan və Nijni Novqorod bölgələrində iş adamları məhdudiyyətləri “İzvestiya”ya təsdiqləyiblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin