Şimali Koreyada kuryoz qadağa – Sevgi məktubu göndərmək olmaz

Hazırda oxunan: Şimali Koreyada kuryoz qadağa – Sevgi məktubu göndərmək olmaz

272207

Şimali Koreyalıların bir-birinə sevgi məktubu göndərməsi qadağan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV-ə istinadən məlumat verir.

Nəşrin yazdığına görə, məsələ Xamxın şəhərinin zavodunda qalmaqala səbəb olmuş sevgi məktubundan sonra aktuallaşıb.

Planlı yoxlama zamanı gənclər partiyası təşkilatının fəalları bir qeydə rast gəliblər. Qeyddə romantik ifadələr yer alırdı:
 

“Mən səni sevirəm” və “Düşüncələrimdə təkcə sən varsan”. Rəhbərlik bunu “kapitalist sevgi baxışları ilə dolu mənfur həyat tərzinin göstəricisi” kimi qiymətləndirib.


Məktubun müəllifi “çürük ruh” ittihamı ilə ictimai şəkildə qınanıb və yoldaşları qarşısında alçaldıcı “özünü tənqid sessiyası” keçirməyə məcbur edilib. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin