Məhkəmə Şahin Şıxlinski barəsində QƏRAR VERDİ - FOTO

Hazırda oxunan: Məhkəmə Şahin Şıxlinski barəsində QƏRAR VERDİ - FOTO

272199

Yekaterinburqun Verx-İset Rayon Məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində həbs-qətimkan tədbirinin müddətini uzadıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ura.ru-nun müxbiri məhkəmə zalından məlumat verib.

“30 dekabra qədər istintaq təcridxanasında saxlanılsın”, — hakim qərarı elan edib.

“Şıxlinskinin saxlanılması barədə xəbər avqustun 2-də yayılmışdı. Qeyri-rəsmi məlumatlara görə, o, Moskvada xarici diplomatik nümayəndəliyin binasından çıxarkən tutulub. İlkin olaraq, ona qəsdən adam öldürməyə cəhd və xüsusi təyinatlı əməkdaşa qarşı zor tətbiqi ittihamları irəli sürülüb. Şıxlinski isə özünü təqsirli bilmir”. Bunu mənbə ura.ru-ya bildirib.
 

Bundan əvvəl Şıxlinskinin oğlu, vəkil Mutvalı Şıxlinski də həbs olunmuşdu. O, iyulun 1-də bir hüquq-mühafizə orqanı əməkdaşını avtomobillə vurmaqda və zor tətbiq etməkdə ittiham edilir. Həmin gün əməliyyatçılar onun atasını dindirməyə gətirmiş, lakin sonra ittihamsız sərbəst buraxmışdılar.


Şıxlinskiyə qarşı suallar Yekaterinburqda azərbaycanlıların kütləvi saxlanılmasından sonra yaranıb. Ura.ru-nun məlumatına görə, iyunun 27-də hüquq-mühafizə orqanları 50 nəfər əcnəbini saxlayıb. Onlardan səkkizi – qeyri-rəsmi məlumatlara görə, Səfərovlar klanına aid şəxslər həbs olunub.

Onlara 2001, 2010 və 2011-ci illərdə törədilmiş qətl və qəsdlərdə iştirak ittihamı irəli sürülüb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin