Avropada aparılan son araşdırmalar elektrikli avtomobillərin gözlənilməz bir təhlükəsini üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, bu nəqliyyat vasitələrinin səssiz işləməsi piyadalar, xüsusən də uşaqlar və yaşlı insanlar üçün risk yaradır.
Məhz bu səbəbdən Avropa İttifaqının bir sıra ölkələrində artıq yeni qaydalar tətbiq olunub.
Həmin qaydalara əsasən, istehsal edilən elektrikli avtomobillərə xüsusi süni səs sistemi quraşdırılması məcburidir. Bu sistem vasitəsilə avtomobil müəyyən sürət həddində hərəkət edərkən xaricə eşidilən səs buraxır və piyadaları xəbərdar edir.
Ekspertlər hesab edirlər ki, belə texniki həllər həm yol hərəkəti təhlükəsizliyini artıracaq, həm də elektrikli nəqliyyat vasitələrinin istifadəsinə inamı gücləndirəcək. Bununla yanaşı, piyadaların da diqqətli olması, xüsusən telefon və qulaqcıq istifadəsini minimuma endirməsi vacib amillər sırasında göstərilir.
Bizim.Media