ABŞ Prezidenti Donald Tramp qeyd edib ki, London “şəriət qanunlarına keçmək istəyir”.
Bizim.Media BBC-yə istinadla xəbər verir ki, ABŞ lideri Birləşmiş Millətlər Təşkilatında (BMT) çıxışı zamanı bu barədə danışıb.
Belə ki, Tramp çıxışında London meri Sadiq Xanı hədəf alıb.
“Mən Londona baxıram – dəhşətli meri var. Şəhər dəyişib, tamamilə dəyişib. İndi isə onlar şəriət qanunlarına keçmək istəyirlər. Amma siz başqa ölkədəsiniz, bunu edə bilməzsiniz”, – deyə o bildirib.
Bundan əlavə, ABŞ Prezidenti vurğulayıb ki, nəzarətsiz immiqrasiya və iqlim dəyişikliyi ilə mübarizə Avropanı məhv edir.
“Açıq sərhədlərlə uğursuz təcrübəyə son qoymağın vaxtıdır. Sizin ölkələriniz cəhənnəmə gedir”.
Bizim.Media