Rusiya Prezidenti Vladimir Putin Aleksandr Quçanı Rusiya Federasiyasının Baş Prokuroru vəzifəsinə təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə müvafiq sənəd Rusiya rəsmi hüquqi məlumat portalında dərc olunub.
Fərmanda qeyd olunur ki, Aleksandr Quçan Rusiya Baş Prokuroru təyin edilir və əvvəlki vəzifəsindən azad olunur. Sənəd imzalandığı gündən, yəni 24 sentyabrdan qüvvəyə minir.
Aleksandr Quçan 2007–2018-ci illərdə Rusiya Baş Prokuroru Yuri Çaykanın müavini olub. 2018-ci ildən isə Rusiya Prezidentinin Şimal-Qərb Federal Dairəsində səlahiyyətli nümayəndəsi olub.
Eyni zamanda, Federasiya Şurası Prezident Vladimir Putinin təqdim etdiyi Aleksandr Quçanın Rusiya Baş Prokuroru vəzifəsinə namizədliyini təsdiqləyən qərar qəbul edib.
Xatırladaq ki, bir müddət əvvəl dövlət başçısı İqor Krasnovu Rusiya Baş Prokuroru vəzifəsindən azad edərək onu Rusiya Ali Məhkəməsinin sədri təyin etmişdi.
Bizim.Media