Tramp: “Putinlə yaxşı münasibətlərim Ukraynadakı münaqişənin həllinə təsir göstərmədi”

Hazırda oxunan: Tramp: “Putinlə yaxşı münasibətlərim Ukraynadakı münaqişənin həllinə təsir göstərmədi”

272078

“Putinlə yaxşı münasibətlərim gözlədiyimin əksinə olaraq, Ukraynadakı münaqişənin həllinə heç bir təsir göstərmədi”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı bildirib.
 

“Rusiya bu müharibəni dayandırmalı idi. Artıq 3,5 il keçib, amma onlar hələ də ciddi irəliləyiş əldə edə bilməyiblər,” – deyə ABŞ prezidenti bəyan edib.


Tramp Ukrayna torpaqlarının geri qaytarılması ilə bağlı bəyanatını bir daha təsdiqləyib:

“Bu, çox kədərli bir vəziyyətdir. Əksəriyyətiniz mənim bu yaxınlarda verdiyim açıqlamanı gördünüz… Mən bunu həqiqətən belə hiss edirəm. Qoy onlar (Ukrayna – red.) torpaqlarını geri alsınlar. Baxaq, hər şey necə nəticələnəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin