Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Hazırda oxunan: Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

271959

Rusiyanın son zamanlar Polşa və Rumıniyaya dronlarla hücumu, ardınca Estoniyanın hava məkanını pozması onu göstərir ki, Moskva NATO-nu təxribata çəkir.

Hələlik Qərb ölkələri Rusiyanın bu addımlarına konkret cavab verməsə də, görünən odur ki, Avropa da Moskva ilə müharibəyə hazırlaşır. Ən azından Rusiyanın sözügedən addımlarından sonra Fransa ilə Almaniyanın prosesə reaksiyaları belə deməyə əsas verir.

Müharibə hazırlıqları

Mətbuatın yazdığına görə, fransız həkimlərə 2026-cı ilin yazına qədər mümkün müharibəyə hazırlaşmaq tövsiyə olunub.

Bildirilir ki, iyulun 18-də xəstəxanalara məktub göndərilib və burada  Avropada böyük müharibə olacağı təqdirdə minlərlə yaralını qəbul etməyə hazır olmaları tələb olunub. Hesablamalara görə, ilk aylarda 10.000-50.000 arasında itki ola bilər.

 

Almaniyaya gəldikdə, məlumatlara görə, Polşaya PUA hücumundan sonra bu ölkədə şəxsi bunkerlərin tikintisinə tələb artıb. Bunker Schutzraum Systeme Deutschlandın rəhbəri Mario Peydenin açıqlamasına görə, yanvardan üzü bəri bunker tikintisinə tələb 50 faizə qədər artıb. Bu artım özünü xüsusən Polşaya PUA hücumundan sonra göstərməyə başlayıb.


Bundan başqa, Almaniya, Fransa və Böyük Britaniyanın ABŞ-dan asılı olmayan müdafiə sistemi qurmaq üçün yeni təhlükəsizlik tərəfdaşlığı yaratmaları da qitənin müharibəyə hazırlaşdığına işarədir.

Görəsən, müharibə Avropaya sıçrayacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirir ki, müharibə artıq Avropaya sıçrayıb:

“Getdikcə NATO-Rusiya qarşıdurmasının daha da gərginləşdiyinin şahidi olmaqdayıq. Bu proses daha dözülməz, daha xoşagəlməz hal olaraq özünü açıq şəkildə göstərməyə başlayıb. Bu fonda qarşıdurmanın daha yüksək səviyyəyə qalxacağı barədə narahatlıqlar da artır”.

Deputat düşünür ki, məsələ ilə bağlı əslində Avropanın da üzərinə ciddi məsuliyyət düşür:

“Zamanında Qərb prosesə daha ciddi və konkret reaksiya versəydi, Rusiyanın bu qədər Avropanın üstünə düşdüyünü görməzdik. Moskva isə görünür müharibə cəbhəsini genişlənidrməkdə maraqlıdır. Onun əsas məqsədi də Avropa dövlətlərinə təzyiqi artırmaqla onların Ukraynaya dəstəyinin azaldılmasına nail olmaq, başlarını daxili təhlükəsizliklə bağlı tədbirlərə qatmaqdır.

Proses Rusiya-Avropa müharibəsinin alovlanmasına doğru gedir.

Proses göstərir ki, müharibə artıq Avropaya da sıçrayıb. Getdikcə, müharibə artıq Ukrayna-Rusiya deyil, Rusiya-Avropa müharibəsi istiqamətinə doğru gedir. Proses məhz bu istiqamətdə cərəyan edir. Ona görə Qərb də öz mövqeyini ortaya qoymalıdır. Bunu etməsələr, təhlükə daha da kəskinləşəcək”.

Rüfət Sultan, Bizim.Media    

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin