22 sentyabr axşamı Norveçin paytaxtı Osloda hərbi obyektlər üzərində pilotsuz uçuş aparatlarının (PUA) aşkar olunması ilə bağlı həyəcan siqnalı verilib. Hadisə ilə əlaqədar iki Sinqapur vətəndaşı saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.
Norveç Silahlı Qüvvələrinin Operativ İdarəsinin rəisi Eyvind Hammersvoldun sözlərinə görə, PUA-ları ilk olaraq müdafiə qüvvələri müəyyən edib.
Eyni zamanda Danimarkanın Kastrup şəhərində yerləşən Kopenhagen hava limanı da analoji səbəbdən bağlanıb. Hava limanı üzərində bir neçə iri dron müşahidə edildikdən sonra təhlükəsizlik məqsədilə bir sıra reyslər ləğv edilib və istiqamətləri dəyişdirilib.
Lakin bu gün Kopenhagen polisi açıqlama yayaraq pilotuz uçan aparatların yoxa çıxdığını bəyan edib:
“Biz onların heç birini tapmamışıq. Danimarka və Norveç sakinləri onları gördüklərini iddia edirlər, lakin hələ də obyektlərin foto və ya video görüntülərini təqdim etmirlər”, deyə məlumatda bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:31 / 23.09.2025
Danimarkada PUA hücumu TƏHLÜKƏSİ – Aviareyslər ləğv edildi - VİDEO
Hazırda oxunan: Danimarkada PUA hücumu TƏHLÜKƏSİ – Aviareyslər ləğv edildi - VİDEO
Hazırda oxunan: Danimarkada PUA hücumu TƏHLÜKƏSİ – Aviareyslər ləğv edildi - VİDEO
271944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.