ABŞ Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının iclasına gələn İran nümayəndə heyətinin hərəkət imkanlarını məhdudlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Deparamtentinin bəyanatında bildirilib.
Belə ki, İran nümayəndə heyətinin üzvlərinin topdansatış mağazalarına və lüks dükanlara çıxışı qadağan olunub.
ABŞ dövlət katibi Marko Rubio həmçinin İran rəsmilərinin hərəkətini yalnız BMT-nin mənzil-qərargahına gedib-gəlmək üçün zəruri olan ərazilərlə məhdudlaşdırıb. Onun sözlərinə görə, əsas prioritet ABŞ vətəndaşlarının təhlükəsizliyidir və Vaşinqton İran nümayəndələrinin BMT iclaslarından Nyu-Yorkda sərbəst hərəkət və “terror gündəmini irəlilətmək” üçün istifadə etməsinə imkan verməyəcək.
“Biz İran rejiminin dini elitalarının Nyu-Yorkda alış-veriş turu keçirməsinə icazə verməyəcəyik, halbuki sadə iranlılar yoxsulluq, dağılmış infrastruktur, su və elektrik qıtlığından əziyyət çəkir.
Rejim nümayəndələrinin diplomatik səfərlərdən istifadə edərək sadə iranlılar üçün əlçatan olmayan malları almasının qarşısını almaqla biz açıq mesaj göndəririk: ABŞ İran xalqını dəstəklədiyini deyirsə, bunu ciddi şəkildə nəzərdə tutur”, – deyə Dövlət Departamentinin bəyanatında bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:27 / 23.09.2025
ABŞ-dan İran rəsmilərinə SENSASİON QADAĞA – Nyu-Yorkun lüks mağazalarına gedə bilməyəcəklər
Hazırda oxunan: ABŞ-dan İran rəsmilərinə SENSASİON QADAĞA – Nyu-Yorkun lüks mağazalarına gedə bilməyəcəklər
Hazırda oxunan: ABŞ-dan İran rəsmilərinə SENSASİON QADAĞA – Nyu-Yorkun lüks mağazalarına gedə bilməyəcəklər
271930
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.