Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Fox News kanalına müsahibə verib.
Bizim.Media xəbər verir ki, o, Qəzzədə baş verənləri “dörd dördlük soyqırım” adlandıraraq bunun əsas məsuliyyətinin İsrailin baş naziri Benyamin Netanyahunun üzərində olduğunu bildirib:
“Netanyahu çox amansız şəkildə on minlərlə insanı qətlə yetirib. Biz, Türkiyə olaraq, bu soyqırımın tamamilə qarşısındayıq”.
Ərdoğan həmçinin Qəzzadə 125 mindən çox yaralı olduğunu, bir qismini müalicə üçün Türkiyəyə gətirdiklərini deyib.
HƏMAS mövzusunda isə o, “HƏMAS-ı terror təşkilatı kimi görmürəm, əksinə dirəniş təşkilatı hesab edirəm” – deyə cavab verib.
ABŞ prezidenti Donald Trampın “müharibələri bitirəcəyəm” sözlərinə toxunan Ərdoğan, həm Ukrayna, həm də Qəzza məsələsində bu vədlərin gerçəkləşmədiyini vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:00 / 23.09.2025
Ərdoğan: “Netanyahu amansız şəkildə on minlərlə insanı qətlə yetirib” – VİDEO
Hazırda oxunan: Ərdoğan: “Netanyahu amansız şəkildə on minlərlə insanı qətlə yetirib” – VİDEO
Hazırda oxunan: Ərdoğan: “Netanyahu amansız şəkildə on minlərlə insanı qətlə yetirib” – VİDEO
271923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.