Polyanski: “Avropa təhlükəsizliklə bağlı ciddi danışıqlar istəyirsə, Moskva hazırdır” - VİDEO

Hazırda oxunan: Polyanski: “Avropa təhlükəsizliklə bağlı ciddi danışıqlar istəyirsə, Moskva hazırdır” - VİDEO

271844

“Əgər Avropada təhlükəsizliklə bağlı ciddi danışıqlar aparmaq istəyirlərsə, Moskva buna hazırdır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bəyan edib.

O, BMT Təhlükəsizlik Şurasının Fələstin dövlətçiliyinin müzakirəsinə həsr olunmuş iclasında bildirib ki, Avropa ölkələri Tramp administrasiyasını “anti-Rusiya kursuna” qaytarmağa və Alyaskada Rusiya ilə ABŞ arasında əldə olunmuş razılaşmaları pozmağa çalışırlar.

“İndi qonşularımıza elə gəlir ki, guya Rusiya hava məkanını pozub və bu, Estoniyanın hava məkanına aiddir. Həmişə olduğu kimi, bununla bağlı heç bir sübut təqdim olunmayıb,” – deyə Polyanski Estoniyanın Rusiya tərəfindən hava məkanının pozulması ilə bağlı bəyanatlarını şərh edərkən əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin