Çində yeni virus YAYILIR

Hazırda oxunan: Çində yeni virus YAYILIR

271831

Çində artan "Chikungunya" qızdırması hallarına görə ölkədə üçüncü dərəcəli ictimai sağlamlıq fövqəladə vəziyyəti elan olunub.

Bizim.Media xəbər verir ki, xəstəlik ağcaqanad dişləməsi nəticəsində yayılır və əsasən yüksək hərarət, oynaq ağrıları ilə özünü göstərir.

Virusun səbəb olduğu bu xəstəlik həmçinin oynaqda şişkinlik, əzələ ağrısı, baş ağrısı, ürəkbulanma, yorğunluq və dəri səpgiləri ilə müşayiət oluna bilər.
 

Çinin cənubundakı Guandun əyalətinin Jiangmen şəhərində 19 sentyabr tarixinə qədər 1 714 yoluxma halı qeydə alınıb. Rəsmilər bildirir ki, bütün halların yüngül formada olduğu, ağır xəstə və ya ölüm faktının isə müşahidə edilmədiyi açıqlanıb. 


Səhiyyə orqanları vəziyyətin nəzarətdə saxlanıldığını, lakin vətəndaşlardan ehtiyat tədbirlərinə ciddi əməl etmələrinin vacibliyini vurğulayıb. (BAKU.WS)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin