Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edib.
Bizim.Media xəbər verir ki, Ərdoğan BMT Baş Assambleyasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Nyu-Yorka gəlib.
Dövlət başçısı şəhərdə fəaliyyət göstərən Türk Evini ziyarət edib. Binanın qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Türk icmasının nümayəndələri prezidenti bayraqlarla qarşılayıblar. Ərdoğan onlarla həmsöhbət olub.
Qeyd edək ki, dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 23-də işə başlayacaq. Ənənəyə uyğun olaraq, açılış nitqini Braziliya Prezidenti edəcək, sonra isə ABŞ Prezidenti çıxış edəcək. Ərdoğan dördüncü çıxışçı kimi BMT Baş Assambleyasının kürsüsünə çıxacaq.
Bu il 80-ci dəfə keçirilən "Yüksək Səviyyəli Həftə"də BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət başçıları, eləcə də bəzi ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:15 / 21.09.2025
Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək
Hazırda oxunan: Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək
Hazırda oxunan: Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək
271697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.