İsrail Ordusu quru bölmələrini Qəzzaya yerləşdirməyə başladı

Hazırda oxunan: İsrail Ordusu quru bölmələrini Qəzzaya yerləşdirməyə başladı

271684

İsrail Ordusunun 36-cı diviziyası iki həftəlik intensiv hazırlıqdan sonra Qəzza şəhərinə quru bölmələri yerləşdirməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Odusunun mətbut xidməti xəbər yayıb.

"36-cı diviziyanın qoşunları genişlənmiş döyüş əməliyyatları üçün təxminən iki həftəlik intensiv hazırlıqdan sonra "Gideon arabaları -2" əməliyyatı çərçivəsində Qəzza şəhərinə daxil olmağa başlayıb", - bəyanatda deyilir.

Qeyd olunur ki, son günlər Qəzza zolağında döyüş zonasını ayırmaq və quru qoşunlarının əraziyə daxil olmasına imkan verilməsi üçün onlarla terror obyektinə hücum edilib.

"İsrail mülki vətəndaşlarını qorumaq üçün ordu lazım gəldikdə Qəzza zolağında fəaliyyətini davam etdirəcək", - qurum vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin