Mahmud Abbas Britaniyanın Fələstini tanımasınə sülh yolunda mühüm addım adlandırdı

Hazırda oxunan: Mahmud Abbas Britaniyanın Fələstini tanımasınə sülh yolunda mühüm addım adlandırdı

271668

Fələstin Milli Administrasiyasının (FMA) sədri Mahmud Abbas Böyük Britaniyanın Fələstin dövlətçiliyinin tanınması ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə sadiqliyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə FMA lideri Dəftərxanasının WAFA xəbər agentliyi tərəfindən dərc etdiyi bəyanatında deyilir.

Bəyanata görə, Abbas Böyük Britaniyanın müstəqil Fələstin Dövlətini tanımasını təqdir edib, bunu ədalətli və davamlı sülhə nail olmaq yolunda mühüm addım adlandırıb.

"Prezident Böyük Britaniyaya səfəri və Baş nazir Kir Starmer ilə görüşü zamanı həyata keçirilən islahatlara və öhdəliklərə sadiqliyini bir daha təsdiqləyib", - bəyanatda vurğulanır.

Abbas bildirib ki, hazırkı prioritet Qəzza zolağında atəşkəs, humanitar yardımların çatdırılmasına başlanması, bütün girov və əsirlərin azad edilməsi, İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılması və bərpa prosesinin başlanmasıdır.

Qeyd edək ki, Böyük Britaniya, Kanada və Avstraliya Fələstin dövlətini tanıyıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin