Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

Hazırda oxunan: Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

271651

Kanada, Avstraliya və Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyıb.

Bizim.Media xəbər verir ki, bu barədə hər üç ölkənin baş nazirləri məlumat verib.

“1947-ci ildən bəri hər bir Kanada hökumətinin siyasəti Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün iki dövlətli həll yolunu dəstəkləməkdən ibarətdir. Bu, suveren, demokratik yaşaya bilən Fələstin Dövlətinin yaradılmasını şərtləndirirdi”, - Kanada Baş naziri Mark Karni bildirib.

“Bu gün Fələstinlilər və İsraillilər üçün sülh və iki dövlətli həll ümidini bərpa etməyə görə Böyük Britaniya Fələstin Dövlətini rəsmən tanıyır”, - Kir Starmer “X” sosial media səhifəsində yazıb.

Avstraliyanın Baş naziri Antoni Albanese xarici işlər naziri Penny Vong ilə birgə bəyanatında “Avstraliya müstəqil və suveren Fələstin Dövlətini tanıyır” açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin