Rusiyanın əksər bölgələrində internet KƏSİLDİ – HÜCUM TƏHLÜKƏSİ

Hazırda oxunan: Rusiyanın əksər bölgələrində internet KƏSİLDİ – HÜCUM TƏHLÜKƏSİ

271482

Bu gün Rusiyanın bir sıra bölgələrində – Başqırdıstan, Sankt-Peterburq, Yamal-Nenets Muxtar Dairəsi və digər ərazilərdə mobil internetdə nasazlıqlar müşahidə olunur.

Bizim.Media “news.ru”ya istinadən xəbər verir ki, problemlər MTS, “Megafon”, T2, Yota və “Beeline” abunəçilərində qeydə alınıb.

Downdetector.su xidmətinin məlumatlarına əsasən, 20 sentyabr şənbə günü onlarla regiondan mobil internetin kəsilməsi ilə bağlı şikayətlər daxil olub. İstifadəçilər onlayn xidmətlərə daxil ola bilmədiklərini, axtarış sistemlərindən yararlana bilmədiklərini, mobil tətbiqlərin işləmədiyini və messencerlər vasitəsilə fayl göndərə bilmədiklərini bildiriblər.

Ən çox müraciət Başqırdıstan, Yamal-Nenets Muxtar Dairəsi, Vladimir, Tambov və Penza vilayətlərindən daxil olub. Digər operatorların abunəçiləri də mobil internetin işində nasazlıqlardan şikayət edirlər. Sankt-Peterburq, İrkutsk, Tatarıstan, Buryatiya, Zabaykal diyarı, həmçinin Astraxan və Nijni Novqorod vilayətlərində sürətin kəskin aşağı düşməsi barədə məlumatlar verilib.

Rusiya regionlarının rəsmiləri əhalini xəbərdar edib ki, mobil internetin söndürülməsi PUA təhlükəsi dövrlərində müşahidə oluna bilər. Operatorlar isə bildiriblər ki, “pilotsuz təhdid” rejiminin ləğvindən dərhal sonra rabitənin tam fəaliyyəti bərpa olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin