Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Tallindəki müvəqqəti işlər vəkilini nazirliyə dəvət edərək ölkənin hava məkanının pozulmasına görə etirazını bildirib və nota təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə 19 sentyabr tarixində baş verib. İnsident Finlandiya körfəzi üzərində qeydə alınıb. Belə ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus üç MiQ-31 tipli qırıcı Estoniyanın hava məkanına icazəsiz daxil olub və orada ümumilikdə 12 dəqiqə qalıb.
“Rusiya bu il artıq dördüncü dəfədir ki, Estoniyanın hava məkanını pozur. Bu, özü-özlüyündə qəbuledilməzdir. Amma bu gün üç qırıcının eyni anda hava məkanımıza daxil olması misli görünməmiş dərəcədə cəsarətli addımdır,” – deyə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.
Qeyd edək ki, daha əvvəl, 13 sentyabr tarixində, Rusiya pilotsuz uçuş aparatının Rumıniya hava məkanını pozması ilə əlaqədar olaraq Rumıniya Xarici İşlər Nazirliyi də Rusiyanın səfirini nazirliyə çağırmışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:56 / 19.09.2025
Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU
Hazırda oxunan: Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU
Hazırda oxunan: Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU
271370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.