Bu gül xərçəngin dərmanı imiş

Hazırda oxunan: Bu gül xərçəngin dərmanı imiş

271341

Barxat çiçəyinin xərçəngə qarşı faydası aşkarlanıb.

Bizim.Media xəbər verir ki, Rusiyanın Baltik Federal Universitetinin alimləri Belarusiya və Braziliya həmkarları ilə birlikdə barxatçiçəklərinin (Tagetes patula) piqmentlərindən xüsusi maddə hazırlayıblar.

Bu maddə xərçəng hüceyrələrinə zərər verə bilir və gələcəkdə xərçənglə mübarizədə istifadə oluna bilər.

Təcrübələr zamanı alimlər quru barxatçiçək hissəciklərini spirt və metal (itterbium) ilə qarışdırıblar. Qarışıq mavi işığa tutulanda işıq saçmağa başlayıb və normal barxatçiçək ekstraktından çox daha güclü işıq verib.
 

Ən vacib tərəfi odur ki, bu maddə aktiv oksigen adlı hüceyrələrə zərər verən molekullar yaradır. Bu molekullar xərçəng hüceyrələrini məhv edə bilir.


Alimlər bildirirlər ki, bu maddə gələcəkdə xərçəng şişlərinin müalicəsində, fotodinamik terapiyada istifadə oluna bilər. Yeni maddə həmçinin tez və asan hazırlanır, bu da gələcək tədqiqatlar üçün yaxşı xəbərdir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin