Zelenski Donetsk vilayətində hərbçilərlə görüşdü - VİDEO

Hazırda oxunan: Zelenski Donetsk vilayətində hərbçilərlə görüşdü - VİDEO

271159

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətində, Dobropola əks-hücum əməliyyatında iştirak edən hərbçilərlə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.

“Addım-addım hərbçilər torpaqlarımızı azad edirlər. Əməliyyatın başlanğıcından indiyə qədər artıq 160 kvadrat kilometr ərazi və yeddi yaşayış məntəqəsi azad edilib, daha 170 kvadrat kilometr və doqquz yaşayış məntəqəsi işğalçılardan təmizlənib. Təxminən yüz nəfər işğalçı əsir götürülüb və yalnız bu həftələrdə ruslar minlərlə itki verib – həm yaralı, həm də öldürülmüş. Hərbçilərə dözüm və fədakarlıqları üçün təşəkkür edirəm,” – deyə Zelenski qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin