NATO Rusiyanın sərhədi yaxınlığında təlimlərə başladı

Hazırda oxunan: NATO Rusiyanın sərhədi yaxınlığında təlimlərə başladı

271150

Estoniyada NATO-nun Pikne (“Şimşək”) adlı hərbi təlimləri başlayıb və iki həftə davam edəcək. Təlimlərdə Estoniya, Latviya, ABŞ, Fransa, Böyük Britaniya və Kanadadan olan hərbçilər iştirak edir.

Bizim.Media xəbər verir ki, bu barədə təlimlərin komandiri, polkovnik Yanno Myarka danışıb.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansının qüvvələri desant əməliyyatlarını və paraşütlə tullanmaları məşq edəcəklər.

Təlimlərin yekunu Nursipalu və Rutya poliqonlarında atışlarla olacaq. Əsas fəaliyyətlər isə Estoniyanın qərb, şimal, həmçinin şimal-şərq və cənub-şərq bölgələrində, Rusiya sərhədləri yaxınlığında keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin