Pentaqon ABŞ küçələrində 35 minədək hərbçi yerləşdirdi – NƏ BAŞ VERİR?

Hazırda oxunan: Pentaqon ABŞ küçələrində 35 minədək hərbçi yerləşdirdi – NƏ BAŞ VERİR?

271122

Pentaqon miqrasiya əleyhinə proqramlar çərçivəsində ABŞ şəhərlərinin küçələrində 35 minədək hərbçi yerləşdirib.

Bizim.Media xəbər verir ki, “The Intercept” portalı bu barədə informasiyanı ABŞ Müdafiə Nazirliyinə istinadla yayıb.

Məlumata görə, iyul ayından bəri şəhərlərdə yerləşdirilmiş hərbçilərin sayı 75 faiz artaraq 35 min nəfərə çatıb. Prezident Donald Trampın qərarı ilə bu hərbçilər əsasən ABŞ-ın beş ştatında – Arizona, Kaliforniya, Nyu-Meksiko, Texas və Floridada fəaliyyət göstərirlər. Onların arasında Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dəniz Piyadaları və Milli Qvardiya üzvləri yer alır.

Ekspertlərin sözlərinə görə, real rəqəmlər bundan daha yüksək ola bilər. ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı şəhərlərdə yerləşdirilən hərbçilərin dəqiq sayı barədə hesabatın aparılmadığını bildirib.
 

ABŞ daxilində hərbçilərdən bu qədər geniş istifadə olunması ölkə qanunvericiliyinin ciddi şəkildə pozulması deməkdir. Birləşmiş Ştatların qanunlarına görə, federal silahlı qüvvələrin ölkə daxilində hüquq-mühafizə əməliyyatlarına cəlb olunması qadağandır. Vurğulanır ki, belə əməliyyatlara ayrılan maliyyə vəsaiti “astronomik” həcmdə ola bilər, lakin Pentaqon bu xərclərin miqyasını ictimaiyyətdən gizlədir.


CBS telekanalının YouGov tədqiqat xidməti ilə birgə keçirdiyi sorğunun nəticələrinə əsasən, ABŞ vətəndaşlarının əksəriyyəti Donald Trampın cinayətkarlıq və miqrasiya ilə mübarizə məqsədilə şəhərlərə Milli Qvardiyanın yerləşdirilməsi siyasətinə qarşı çıxır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin