Putin Administrasiyasının müavini İSTEFA VERDİ – Ukrayna müharibəsinə qarşı çıxırdı

Hazırda oxunan: Putin Administrasiyasının müavini İSTEFA VERDİ – Ukrayna müharibəsinə qarşı çıxırdı

271091

Rusiya prezidenti administrasiyasının müavini Dmitri Kozak vəzifəsindən istefa ərizəsi verib və onun ərizəsi qəbul olunub.

Bizim.Media xəbər verir ki, bu barədə “İnterfaks”a etibarlı mənbə məlumat verib.

“RBK” iki mənbəyə istinadən xəbər yayıb ki, Kozak şəxsi istəyilə administrasiyada müavin vəzifəsindən ayrılmaq üçün ərizə yazıb. “İnterfaks”ın mənbəsi isə bildirib ki, “Kozakın ərizəsi qəbul olunub, cümə onun indiki vəzifədə son iş günü olacaq”.

Xatırladaq ki, “The New York Times” iyul ayında yazmışdı ki, Kozak hələ 2022-ci ildə prezident Vladimir Putinə Ukraynaya müdaxilə etməməyi tövsiyə edib, 2025-ci ildə isə ona sülh danışıqlarına başlamağı və Rusiyada daxili islahatlar aparmağı, o cümlədən silahlı qüvvələri hökumətin nəzarətinə verməyi təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin