Ursula fon der Lyayenə qarşı yeni İTTİHAMLAR

Hazırda oxunan: Ursula fon der Lyayenə qarşı yeni İTTİHAMLAR

271090

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen yeni ittihamlarla üzləşib. O, Avropa komissarlarının vəzifələrinə namizədlərlə müsahibələrin qeydini aparmayıb ki, bu da prosesin şəffaf olmaması barədə müzakirələrə səbəb olub.

Bizim.Media Politico jurnalına istinadən xəbər verir ki, 2024-cü ildə nəşr İspaniya komissarı Teresa Riberaya dair fon der Lyayenlə müsahibə sənədlərini tələb etmişdi. Təxminən bir il sonra, iki şikayətdən sonra, AK-nın baş katibi İlze Yuhansone müsahibənin yalnız şifahi keçirildiyini və yazılı qeyd aparılmadığını etiraf edib.

Avropa Ombudsmanı Teresa Ançinyo bildirib ki, bu cür gecikmələr və qeydlərin olmaması vətəndaşların AB hakimiyyətlərinə etimadını sarsıda bilər.

Əvvəllər məlum olmuşdu ki, Avropa Parlamenti fon der Lyayenə etimadsızlıq səsverməsi ilə bağlı 6-9 oktyabr sessiyasında debatlar keçirəcək. Onu şəffaflıq və hesabatlılıq çatışmazlığı ilə ittiham edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin