Yekaterinburqda azərbaycanlı sahibkara qarşı yeni məhkəmə: 3 dəfə bəraət almışdı

Hazırda oxunan: Yekaterinburqda azərbaycanlı sahibkara qarşı yeni məhkəmə: 3 dəfə bəraət almışdı

271082

Yekaterinburq prokurorluğu azərbaycanlı sahibkar Nəsimi Məmmədovun 2000-ci ildə biznesmen Aleksey Zubakinin qətlində ittiham olunmasına dair əvvəlki bəraət qərarlarını apellyasiya şikayəti ilə Sverdlovsk vilayət məhkəməsinə təqdim edib.

Bizim.Media xəbər verir ki, o, üç dəfə məhkəmə tərəfindən təqsirsiz bilinmişdi.

Qətldə adı hallananlar arasında Məmmədov, keçmiş cinayət qruplaşmasının rəhbəri Mixail Klok və mərhum Dmitri Deyç var.

Deyç qətlin sifarişçisi olub, Klok icraçı tapmaq üçün 15 min dollar alıb.

Məmmədov isə ittihamları rədd edir və özünü təqsirsiz hesab edir.

Hazırda Klok Zubakinin qətl prosesinə kömək etdiyi üçün mühakimə olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin