Avropa İttifaqının Komissarı Ağdama GEDƏCƏK

Hazırda oxunan: Avropa İttifaqının Komissarı Ağdama GEDƏCƏK

271079

Avropa İttifaqının Komissarı Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, Komissar Marta Kos Ağdamda minatəmizləmə işləri ilə tanış olacaq.

Eyni zamanda, o, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri haqqında məlumatlandırılacaq.

Qeyd edək ki, Aİ komissarının səfəri Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Bundan əlavə, Komissar Kos Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək.

Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə yüksək səviyyəli görüşlər keçirəcək. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin