Rusiya bu gecə də Kiyev vilayətini ATƏŞƏ TUTDU

Hazırda oxunan: Rusiya bu gecə də Kiyev vilayətini ATƏŞƏ TUTDU

271061

2025-ci il sentyabrın 18-də gecə saatlarında rus tərəfi Kiyev vilayətinə dronlarla hücum edib. Nəticədə bir neçə yanğın baş verib.

Bizim.Media RBC-Ukrayna nəşrinə istinadən xəbər verir ki, Borispol rayonunda anbar sahələri alovlanıb.

Fövqəladə hallar və digər operativ xidmətlər hadisə yerində yanğını söndürmə və zərərin aradan qaldırılması işləri ilə məşğuldur.

Buça rayonunda isə dron qalıqlarının düşməsi nəticəsində bir fərdi ev yanıb. Dövlət Fövqəladə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə çataraq yanğını lokallaşdırıblar və onun yayılmasının qarşısını alıblar.

İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur. Rəsmi orqanlar vəziyyətin dəqiqləşdirilməsindən sonra əlavə məlumat verəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin