Amerikalı analitiklər: “Tramp marşrutu” layihəsində əsas uduzan Rusiya olacaq

Hazırda oxunan: Amerikalı analitiklər: “Tramp marşrutu” layihəsində əsas uduzan Rusiya olacaq

271055

ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderləri ilə avqustda Vaşinqtonda imzalanan sülh razılaşmasını “tarixi uğur” adlandırıb və hər iki liderə dostluq üçün təşəkkür edib. İlham Əliyev Trampı “əbədi dostluğun memarı” adlandırıb, Nikol Paşinyan isə “TRIPP” çərçivəsində sülhün davamlı olacağını vurğulayıb.

Bizim.Media xəbər verir ki, ABŞ artıq Ermənistanın nəqliyyat infrastrukturuna 145 milyon dollar ayırıb, “Tramp marşrutu” isə Zəngəzur dəhlizinin tərkib hissəsi kimi təqdim olunur.

Ekspertlər hesab edir ki, bu layihə Vaşinqtonun Cənubi Qafqazda təsirini gücləndirəcək, əsas uduzan isə Rusiya olacaq.

Amerikalı analitiklər qeyd edir ki, Moskvanın “imperiya yanaşması” qonşuları uzaqlaşdırır, ABŞ isə yeni nəqliyyat marşrutları və ticarət imkanları ilə regionu öz tərəfinə çəkir. Bu strategiya həm də Rusiyaya qarşı sanksiyaları və Ukraynaya dəstəyi tamamlayaraq Kremlin üzərində təzyiqi artıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin