60 ildir yolun ortasında qalan türbə: Qaldırmaq istəyən texniki vasitələr sınır

Hazırda oxunan: 60 ildir yolun ortasında qalan türbə: Qaldırmaq istəyən texniki vasitələr sınır

271041

Türkiyənin şəhərlərindən biri olan Afyonkarahisarın maraqlı bir mənzərə diqqət çəkir. "Evliyalar şəhəri" kimi tanınan bölgədə şair və filosof Gülaboğlu Məhəmməd Askeriyə aid türbə artıq 60 ildən çoxdur ki, yolun ortasında qalıb.

Bizim.Media türk mediasına istinadən xəbər verir ki, hazırda Göksu küçəsinin ortasında yerləşən türbənin yanından həm avtomobillər, həm də piyadalar keçir. 

Yerli sakinlər tərəfindən müqəddəs məkan kimi qəbul edilən türbə daim ziyarət olunur.

Məhəllə sakini Əli Erdem uşaqlığından bəri türbənin mövcud yerində olduğunu deyib:

"Bura əvvəl qəbiristanlıq imiş. Bələdiyyə ərazini imara açdı, amma türbəni götürmək mümkün olmadı. Onu köçürmək üçün gələn ekskavator iki dəfə sınmışdı, mən özüm gördüm. İndi isə hamı öyrəşib. Buradan keçənlər dua oxuyur".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin