Araz Ağalarov: “Bütün mafiya başçıları ilə söhbətim olub” - MÜSAHİBƏ

Hazırda oxunan: Araz Ağalarov: “Bütün mafiya başçıları ilə söhbətim olub” - MÜSAHİBƏ

27100

“Mənim üçün canımı və ya bir manatımı vermək arasında heç bir fərq yoxdur”, - deyən Azərbaycan əsilli rusaiyalı milyarder Araz Ağalarov mafiya ilə olan münasibətlərindən danışıb.

Bizim.Media xəbər verir ki, milyarder “TASS”-ın müxbiri Andrey Vandenkonun sözügedən mövzuda suallarını cavablandırıb: Həmin müsahibəni ixtisarla diqqətinizə təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

Araz Ağalarov Kamçatkada vulkan şəklində hava limanı tikir - FOTO 


Cinayət aləmi ilə münasibətiniz necədir?

Sizin sualınıza cavab verəcəm. Mənim gizlədəcək heç bir şeyim yoxdur. Quldurlar həmişə qazana biləcəkləri yerə yaxınlaşırlar. Cinayət aləminin üzvləri ilə qarşılaşmalarımın birində “mənim üçün canımı və ya bir rublumu vermək arasında heç bir fərq yoxdur” dedim.

Daha açıq şəkildə məlumat verə bilərsiniz?

Heç kimin Ağalarovdan nə isə ala bilməyəcəyini açıq şəkildə bildirdim. Bir qəpik belə. Bütün Moskva bunu bilir ki, mən heç vaxt “dolya” ödəməmişəm. Nə qədər məşhur mafiya üzvləri gəlsə belə. Onlarla görüşlərim, eynilə sizinlə olduğu kimi keçib: çay və qəhvə içmişik. Məni qorxutmaq mənasızdır.

Bəs qanuni oğrulardan kimlərlə ünsiyyət qurmaq şansınız olub?

Demək olar ki, hər kəslə görüşlərim olub. Siz “Moskva qanqster” kitabını xatırlayırsınız? Orada adı çəkilən hər kəslə söhbət etmək fürsətim olub.

Onlar sizə nə təklif ediblər?

Heç nə. Onlar peşəkar insanlardır, heç vaxt gəlib “əgər bizə pul ödəməsən, hər şeyi sındırıb-dağıdacağıq” deməyiblər. Standart qaydadan istifadə edirdilər: bir problem yaradılırdı, sonra isə kömək üçün müraciət etməli olduğunuz bir nəfər meydana çıxırdı. Lakin sadaladıqlarım mənə aid deyl. Mən onlardan nəsə istəməkdən qətiyyətlə imtina etdim.

Təhlükəsizliyinizi necə təmin edirsiz?

Simvolik şəkildə. 1993-cü ildən bəri iki maşın məni müşayət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin