Qorxunc XƏBƏRDARLIQ - Yerə böyük asteroid yaxınlaşır

Hazırda oxunan: Qorxunc XƏBƏRDARLIQ - Yerə böyük asteroid yaxınlaşır

270945

Rusiya Elmlər Akademiyasının (REA) Günəş Astronomiyası laboratoriyası və Sibir filialının kosmik tədqiqat mərkəzi bildirib ki, 18 sentyabr 2025-ci il tarixində Yerin yaxınlığından böyük asteroid keçəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat REA-nın Telegram kanalında paylaşılıb.
 

Asteroid 2025 FA22 adlanır və alimlər onu ilin ən iri asteroidlərindən biri hesab edirlər. Məlumata görə, asteroid Yerdən ayın orbitinin diametrindən bir az çox məsafədə keçəcək və minimum məsafəyə Bakı vaxtı ilə səhər saat 11-də yaxınlaşacaq.


Kosmik cismin kütləsi Çelyabinsk meteoritinin kütləsindən təxminən min dəfə böyükdür, orta ölçüsü 166 metr, uzunluğu isə 290 metr təşkil edir.

Alimlər hesab edirlər ki, asteroidin Yerə çarpma ehtimalı praktiki olaraq sıfırdır.

Belə hadisələr kosmik təhlükəsizlik üçün müşahidə və təhlil imkanlarını artırır, lakin hələlik Yerdə hər hansı risk gözlənilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin