İsrail xeyrinə casusluqda ittiham olunan Babək Şahbazi edam edilib.
Bizim.Media xəbər verir ki, informasiyanı bu gün səhər İran Dövlət Televiziya və Radio Şirkəti yayıb.
Bildirilib ki, Şahbazi İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və onlara gizli məlumatlar ötürməkdə ittiham olunub.
İran Ali Məhkəməsi hökmü təsdiqlədikdən sonra o, asılmaqla edam edilib.
İstintaq müəyyən edib ki, Şahbazi Mossad agenti İsmayıl Fikri ilə əlaqə yaradıb və kəşfiyyat məlumatları müqabilində ABŞ-da daimi yaşayış icazəsi və böyük məbləğdə pul (120 milyon dollar) tələb edib. Daha sonra o, İsrail kəşfiyyatında təlim keçib və məlumatları Skype vasitəsilə ötürüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:49 / 17.09.2025
Babək Şahbazi edam edildi - FOTO
Hazırda oxunan: Babək Şahbazi edam edildi - FOTO
Hazırda oxunan: Babək Şahbazi edam edildi - FOTO
270874
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.