Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Hazırda oxunan: Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

270813

“Mən Ukraynanı sevirəm, ukraynalı xalqı sevirəm. Amma Ukrayna ciddi problemlərlə üz-üzədir. Bu heç vaxt baş verməməli idi. Bu müharibə heç vaxt olmamalı idi. Ölkə çox ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracağam”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ukraynalı jurnalistin İki ay əvvəl siz 17 ədəd Patriot sistemini vəd etmişdiniz.

Bilirsinizmi, onlar Ukraynaya nə vaxt gələcək?” sualına cavabında deyib.
 

“Mən son 8 ayda 7 müharibəni dayandırmışam. Mən düşünürdüm ki, bu (Ukrayna müharibəsi) ən asanı olacaq — çünki Putini tanıyıram. Amma məlum oldu ki, yox.


Çünki Zelenski ilə Putin arasında son dərəcə güclü nifrət var. Həddindən artıq nifrət! Amma biz bu müharibəni dayandıracağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin