Yunanıstan və Avropa İttifaqının (Aİ) bir neçə ölkəsi Aİ Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən irəli sürülən rus vətəndaşlarına vizaların verilməsinə yeni məhdudiyyətlər tətbiq etmə təklifinə veto qoyublar.
Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstan portalı Pronews məlumat verib.
Məqalədə qeyd olunur: “Turizm sahəsi ilə birlikdə Yunanıstandakı rus icması da məhv edilərdi, çünki onlara uzunmüddətli vizalar verilməyəcək. Rusiya da buna cavab olaraq yunanlara qarşı oxşar tədbirlər görəcək ki, bu da ixracın daha da kəskin azalmasına səbəb olacaq.”
Yunanıstanla yanaşı, İtaliya, İspaniya, Fransa və Macarıstan bu ideyanı dəstəkləməyib. Kipr isə, əhalisinin 10%-i rus pasportuna sahib olsa da, buna qarşı çıxmayıb.
Bu ölkələr əsasən turizmə güclü bağlı olan dövlətlərdir.
Portal qeyd edir ki, Rusiya turistlərinin girişini məhdudlaşdıran Finlandiya bunun nəticəsində böyük iqtisadi itkilərlə üzləşib, bir çox biznes iflas edib.
Əvvəllər məlum olub ki, Aİ rus turistlərinin tam girişinə qadağa tətbiq etməyi nəzərdən keçirir. Turist vizalarına əlavə məhdudiyyətlərin 19-cu anti-Rusiya sanksiyalar paketinə daxil edilə biləcəyi gözlənilir. Bundan əlavə, Brüssel ruslara “Şengen” vizalarının verilməsi ilə bağlı yeni strategiya hazırlayır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:03 / 16.09.2025
Avropa İttifaqının 5 ölkəsi Rusiyanı DƏSTƏKLƏDİ – SƏBƏB
Hazırda oxunan: Avropa İttifaqının 5 ölkəsi Rusiyanı DƏSTƏKLƏDİ – SƏBƏB
Hazırda oxunan: Avropa İttifaqının 5 ölkəsi Rusiyanı DƏSTƏKLƏDİ – SƏBƏB
270713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.