Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Hazırda oxunan: Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

270646

Çeçenistan rəhbəri Ramzan Kadırov Çexiyada ondan oğurlanmış atını Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ilə razılaşaraq geri qaytardığını, amma onlara pul ödəmədiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, RIA Novosti-yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, UTX nümayəndələrinin avropalılarla necə anlaşdıqlarını bilmir:
“Bəlkə də onlar sadəcə istedadlı at oğrularıdır. Amma rusiyalıların ukraynalılarla razılaşması çox asan oldu. Onlara nağd pul ödəyəcəyimizi vəd etdik. Onlar işi tezliklə bitirdilər, biz isə onlara heç nə ödəmədik və atı götürdük. Həmin at, yeri gəlmişkən, Qərb sanksiyalarına düşüb”, – deyə Kadırov bildirib.

O əlavə edib ki, indi həmin ayğır yaxşı vəziyyətdədir.

Xatırladaq ki, Çexiyada Kadırova məxsus Zazu adlı ayğırın oğurlandığı barədə o, 2023-cü ilin martında məlumat vermişdi. Çeçenistan rəhbəri bu atı 2012-ci ildə Dubayda keçirilən dünya kuboku yarışlarından əvvəl almışdı. 2014-cü ildən etibarən isə at Çexiyadakı tövlədə saxlanılırdı, çünki Kadırova qarşı sanksiyalar tətbiq olunmuş, bütün əmlakı dondurulmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin