“Azov” döyüşçüləri rusları bu ərazilərdən çıxartdı

Hazırda oxunan: “Azov” döyüşçüləri rusları bu ərazilərdən çıxartdı

270524

Ukraynanın Müdafiə Qüvvələrinin 1-ci korpusunun tərkibində fəaliyyət göstərən Milli Qvardiyanın “Azov” birləşmələri Dobropol istiqamətində əraziləri azad edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə korpusun mətbuat xidməti məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın koordinasiyalı hərəkətləri nəticəsində Pankovka yaşayış məntəqəsi və ona bitişik ərazilər ruslardan təmizlənib.
 

Eyni zamanda Rusiya ordusu öz qruplaşmasını gücləndirir: hücum potensialını artırmaq üçün Rusiya komandanlığı “Azov”un 1-ci korpusunun məsuliyyət zonasında əlavə qüvvələr – dörd piyada briqadası və bir dəniz piyada polku yerləşdirib.


Ukraynanın Müdafiə Qüvvələri bildirirlər ki, rusların irəliləyişinin qarşısını almaq və müdafiə xəttinin yarılmasına yol verməmək üçün bütün səylər göstərilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin