Son bir neçə gün ərzində Konqo Demokratik Respublikasının şimal-qərbində iki gəminin batması nəticəsində 200-ə yaxın insan həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.
Hər iki faciə Ekvator əyalətində baş verib. İlk olaraq Nsolo və Marinqa çaylarının qovuşduğu ərazidə 60-ı tələbə olmaqla 100-dən çox insan boğularaq ölüb. Səkkiz nəfər xilas edilib. Gəmidə olan insanların dəqiq sayı müəyyənləşdirilir.
Ertəsi gün axşam Konqo çayında gəmi alovlanıb və çevrilib. Radiostansiyanın məlumatına görə, 100 nəfər həlak olub. 209 sərnişin özü sahilə çıxa bilib.
Qeyd edək ki, geniş avtomobil və dəmir yolu sistemlərinin olmadığı Konqo DR-də su nəqliyyatı əsas hərəkət vasitəsidir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
03:40 / 15.09.2025
Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu
Hazırda oxunan: Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu
Hazırda oxunan: Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu
270426
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.