Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Hazırda oxunan: Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

270412

Özbəkistanda dəmiryolu keçidində baş verən ölümcül qəzada beş qadın və bir uşaq həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan Dəmir Yollarının Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, faciə Çortok və Uyçi stansiyaları arasında yerləşən nəzarətsiz dəmiryolu keçidində baş verib.

Minik avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, qatar yaxınlaşarkən dəmiryolu xəttini keçməyə cəhd edib. Toqquşma nəticəsində avtomobildə heç kim sağ qalmayıb.

Qeyd edilir ki, qatar maşinistləri təcili əyləc sistemini işə salıblar, lakin toqquşmanın qarşısını almaq mümkan olmayıb. Mətbuat xidməti əlavə edib ki, qatar cüzi zədələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin