Tarixi ağacı çıxaran cütlüyə inanılmaz cəza: 586 min dollar cərimə ödəyəcəklər...

Hazırda oxunan: Tarixi ağacı çıxaran cütlüyə inanılmaz cəza: 586 min dollar cərimə ödəyəcəklər...

270383
ABŞ-ın Kaliforniya ştatında ərazilərində olan 180 yaşlı tarixi palıd ağacını çıxaran cütlük 586 min dollar cərimə olunub.

Moderator.az xəbər verir ki, ABŞ mediasında çıxan xəbərlərə görə, San Fransiskonun şimalında yaşayan cütlük qanunla qoruma altında olan 137 hektar ərazisi olan torpaqlarında yeni bir ev tikdirib. Gənc cütlük ərazidə olan 180 illik palıd ağacını yerindən çıxarıb yeni tikdirdikləri evin yaxınlığına əkmək üçün podratçı ilə razılaşıb.xa0
xa0
Əvvəlki yerindən çıxarılaraq yeni yerə əkilən ağac burada quruduğu üçün ətraf mühiti qoruma əməkdaşları hadisə yerində araşdırma aparıb və palıd ağacı ilə ətrafdakı digər ağac və yaşıllıqlara verdikləri zərərə görə cütlüyə qarşı iddia qaldırıb.
xa0
İcazə almadan ətraf mühiti qoruma qanununa qarşı çıxdıqları üçün 586 min dollar cəzaya məhkum edilən cütlüyün məhkəmə qərarından sonra həmin ərazini 8 milyon 450 min dollara satışa çıxardığı qeyd edilib.

Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin