“Polşanın ağılsız qərarı Avropaya zərbədir” - Belaruslu deputatdan EKSKLÜZİV AÇIQLAMA

Hazırda oxunan: “Polşanın ağılsız qərarı Avropaya zərbədir” - Belaruslu deputatdan EKSKLÜZİV AÇIQLAMA

270210

“Polşa bu gün çox axmaq görünür. Çünki onlar sərhədləri bağladılar, halbuki Amerika Birləşmiş Ştatları bizim ən böyük aviaşirkətimiz olan Belavia-dan sanksiyaları götürür, dialoq aparır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Belarus parlamentinin Beynəlxalq məsələlər üzrə komissiyasının sədrinin müavini, Prezident Palatasının deputatı Oleq Qaydukeviç deyib.
 

Polşa-Rusiya gərginliyini, rəsmi Varşavanın Belarusla sərhədləri bağlamasını və Belarus sərhəddinə hərbçilərin yığılmasını şərh edən Qaydukeviç, iki ölkə münasibətlərinin daha da gərginləşəcəyini bildirib.


“Söhbət Belarus ilə ABŞ arasındakı siyasi münasibətlərdən, iqtisadi əlaqələrdən, amerikalıların Minskdə səfirlik açmasından gedir. Bu münasibətlərdə Belarusla danışıqlar barədə onların fikrini heç kim soruşmur. ABŞ danışıqları birbaşa özü aparır, sanksiyaları ləğv edir, yumşaldır, müəyyən iqtisadi əməkdaşlığa başlayır. Bəs bu vaxt Avropa nə edir? Onlar Polşa üzərindən bizimlə sərhədi bağlayır. Bu isə axmaqlıqdır. İkincisi, Polşa sərhədi bağlamaqla həm özünə, həm də bütün Avropa İttifaqına zərbə vurur”.

Deputat hesab edir ki, Polşanın bu addımı Aİ-Belarus ticarət dövriyyəsinə də təsirsiz ötüşməyəcək:

“Bu, öz vətəndaşlarına, biznesə, tranzitə böyük iqtisadi zərbədir. Almaniya, Fransa və digər ölkələr üçün də Belarus üzərindən böyük yük axını gedir. Yəni bunun Avropaya heç bir faydası yoxdur. Həmçinin bu addımın Polşayada faydası yoxdur. Biz dəfələrlə Polşa, Litva, Latviya nümayəndələrini buraya, təlimlərə baxmağa dəvət etmişik. Amma gəlməyiblər. Niyə? Çünki gəlsəydilər, etiraf etməli idilər ki, heç bir təhdid yoxdur”.

Oleq Qaydukeviç hesab edir ki, Belarus regionda sülh istəyir. Xüsusən Rusiya-Ukrayna müharibəsində sülh üçün addımlar atır. Belə məqamda Polşanın sərhədləri bağlaması və müharibə ritorikasından çıxış etməsi gərginliyi daha da artıracaq.

“Belarus məhz Ukraynada sülh və nizamlanma tərəfdarıdır. Belarus dünyada heç bir müharibə başlamayıb, heç kimlə münaqişəyə girməyib. Biz yaşayırıq, iqtisadiyyatla məşğuluq və əksinə, Avropaya sülh gətiririk. Belarus Avropanı müharibədən qoruyur. Biz təxribatlara uymuruq. Biz hər şeyi edirik ki, heç vaxt müharibə olmasın. Bu gün NATO və ya Polşa tərəfindən Belarusa hücum olmaması üçün lazım olan hər şeyi etdik. Bizə heç kim hücum etməyəcək. Bu, mümkün deyil. Yalnız dəli insan belə bir şey edə bilər. Çünki cavab çox güclü olacaq və düşünənlər də bunu yaxşı anlayır. Ona görə ABŞ ilə dialoq gedir. Avropa isə axmaq görünür. Təlimlər bitəcək, hər şey sakit və yaxşı olacaq. Amma Polşa bu gün düşünülməmiş və ağılsız qərarı ilə Avropa İttifaqına zərbə vurur”, - deyə Oleq Qaydukeviç əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin