Kosmosda yeni növ obyekt AŞKARLANDI

Hazırda oxunan: Kosmosda yeni növ obyekt AŞKARLANDI

270174

Kosmosda yeni növ obyekt aşkarlanıb.

Bizim.Media xəbər verir ki, Beynəlxalq alimlər qrupu James Webb teleskopu ilə müşahidə olunan "kiçik qırmızı nöqtələr"in yeni kosmik obyekt sinfinə aid ola biləcəyini açıqlayıb.

Araşdırma "Astronomy & Astrophysics (A&A)" jurnalında dərc olunub.

Əvvəl bu obyektlər qədim qalaktikalar hesab edilirdi. Lakin onların qeyri-adi parlaqlığı və kütləsi mövcud təkamül modellərinə uyğun gəlmirdi. Yeni tədqiqat göstərib ki, bu, mərkəzində həddindən artıq böyük qara dəlik olan nəhəng qaz buludlarıdır, hansı ki, qazı sürətlə udaraq hidrogen qabığını əmələ gətirir və soyuq ulduzlara bənzər işıq saçır.

Məşhur nümunə "The Cliff" adlı qırmızı nöqtədir. Onun işığı 11,9 milyard il səyahət edərək Yerə çatıb və spektroloji analiz süperkütləvi qara dəlik və ətrafındakı qızan qaz buludunu təsdiqləyib.

Alimlər hesab edir ki, bu obyektlər bu gün qalaktikaların mərkəzində yerləşən nəhəng qara dəliklərin "erkən mərhələsi" ola bilər. Bu kəşf kainatda belə böyük strukturların erkən yaranmasını izah etməyə kömək edəcək. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin