“Yalvarıram, Rusiya və Belarusa getməyin” - Polşanın XİN başçısı

Hazırda oxunan: “Yalvarıram, Rusiya və Belarusa getməyin” - Polşanın XİN başçısı

269960

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarını Rusiya və Belarusa səyahət etməməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Sikorski RFM24 radiosunda çıxışı zamanı bildirib.
 

“Belarus və Rusiya kimi ölkələr sadəcə insanları girov götürürlər. Bir daha xahiş edirəm, yalvarıram: oraya getməyin. Kim gedirsə, buna özü risk edir. Sonra Polşa dövlətini günahlandırmasın”, – deyə nazir çağırış edib.


Nazir həmçinin vurğulayıb ki, Polşa dövləti vətəndaşlarının təhlükəsizliyini ön planda tutur və hər kəsi riskli istiqamətlərdən uzaq durmağa çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin