ABŞ prezidenti Donald Tramp Belarus prezidenti Aleksandr Lukaşenkoya hədiyyə olaraq üzərində Ağ Evin — ABŞ prezidentlərinin Vaşinqtondakı rəsmi iqamətgahının təsviri olan manjet düymələri göndərib.
Bizim.Media xəbər verir ki, BelTA agentliyinin məlumatına görə, hədiyyəni Minskdə keçirilən görüş zamanı ABŞ prezidentinin nümayəndəsi Con Koul Belarus dövlət başçısına təqdim edib.
Koul deyib: “Mən artıq Oval kabinetdən çıxırdım. O (Tramp) məni saxladı və dedi: ‘Gözlə, dayan, dayan, prezidentə bunu verməyi unutma.’”
Hədiyyəni nəzərdən keçirən Lukaşenko isə bildirib:
“Bəli, maraqlı manjet düymələridir. Üzərində Ağ Evin təsviri var.” — deyə Lukaşenko əlavə edib və vurğulayıb ki, o da borclu qalmayacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:00 / 11.09.2025
Tramp Lukaşenkoya görün hansı hədiyyəni göndərdi - FOTO
Hazırda oxunan: Tramp Lukaşenkoya görün hansı hədiyyəni göndərdi - FOTO
Hazırda oxunan: Tramp Lukaşenkoya görün hansı hədiyyəni göndərdi - FOTO
269930
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.