O terrorçu ilə bağlı Türkiyədən Ermənistana sərt reaksiya

Hazırda oxunan: O terrorçu ilə bağlı Türkiyədən Ermənistana sərt reaksiya

269802
Türkiyə Xarici İşlər Nazirliyi türk diplomatları öldürən erməni terrorçu Gurgen Yanikianın ABŞ-dakı cənazəsinin Yerevana gətirilərək buradakı hərbi məzarlıqla təntənəli mərasimlə dəfninə sərt reaksiya verib.

Nazirlik açıqlamasında 1973-cü ildə Türkiyənin Los-Ancelosdakı baş konsul və konsulunu qətlə yetirən terrorçunun Yerevanda hərbi məzarlıqda təntənəli dəfnini şiddətlə qınadıqlarını ifadə edib.xa0

“Azğın bir terrorçunu qəhrəman olaraq ucaltmağa yönələn bu addım terrorizmi təbliğ etmək cinayəti daşıyır və əsla qəbul edilə bilməz”. (Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin