Avqustun 1-nə qədər olan müddətə Ukraynadan Avropa İttifaqına daxil olan ölkələrə köçən qaçqınların sayı 4.34 milyon nəfər təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının statistika agentliyi "Eurostat" məlumat yayıb.
"Ukrayna ərazisindən Avropaya qaçan Aİ vətəndaşı olmayanların sayı 4.34 milyon nəfərə çatıb", - deyə agentlikdən bildirilib.
İyul ayı ərzində onların sayı 28.7 min nəfər və ya 0.7% artıb.
Onların əksəriyyəti Almaniyada - 1.2 milyon, Polşada - 993 min və Çexiyada - 380 min məskunlaşıb.
Bizim.Media